Şəhid mayorumuzun banka kredit borcu qalıb – Vəkilindən AÇIQLAMA – VİDEObackend

Şəhid mayorumuzun banka kredit borcu qalıb - Vəkilindən AÇIQLAMA - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun “Kapital Bank”a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə də, sonradan aldadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə unikal.org-a Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı məlumat verib.

O, bildirib ki, Anar Novruzov şəhid olmazdan öncə onun hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə imzalanıb:

“Şəhid Anar Novruzov bir nəfər hərbçiyə mənzil almaq üçün 11 min 850 manat pul ödəyib. Sonradan mənzil ona verilməmişdi. O, da Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, işdə cinayət tərkibi olmadığı üçün xitam verilmişdi. A.Novruzova bildirilmişdi ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Birinci instansiya məhkəməsi A.Novruzovun prosesdə iştirak etmədiyinə görə, onun əlehinə qərar çıxarmışdı. Sonra yanıma gəlib, qərarı mənə verdi. Biz Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdik. Hazırlaşıram ki, A.Novruzovun vərəsəsi ilə, lazımi sənədləri hazırlayaq. Məhkəmədə onun hüquqlarını tam müdafiə edəcəm. Ailəsindən mənə verilən məlumata görə, şəhid ödədiyi 11 min 850 manatı “Kapital Bank”dan kredit götürüb”.

  • Soltan soltanov
    İyul 23, 2020 - 18:39

    BİZDƏ DÜZGÜN QƏRAR ÇIXARDAN MƏHKƏMƏ DEMƏK OLAR YOX DƏRƏCƏSİNDƏDİR… Quruluş düz qurulmayıb… ÖLKƏMİZİN ƏN YARALI YERLƏRİNDƏN BİRİ MƏHKƏMƏLƏRİMİZDİR…
    PULUNU VER, KİMƏ İSTƏSƏN SÜBUT ETSİNLƏR Kİ, QATIQ QARADIR… HƏLƏ BORCLUDA ÇIXARDIRLARKİ GED GÖZÜNÜ DÜZƏLTDİR… MƏN ƏLİL KİMİ, İMKANSIZ KİMİ DÖVLƏT TƏRƏFİNDƏN VƏKİLLƏ TƏMİN OLDUM. AMMA VƏKİLLƏRİN SƏDRİ DEDİKİ 200 AZN ÖDƏMƏLİSƏN. YOXSA GED HARA ŞİKAYƏT EDƏ BİLİRSƏN ELƏ… MƏNİM İDDİAM ƏSLİNDƏ 500 AZNLİK BİR İŞ İDİ… AMA MƏHKƏMƏ SATILDI. HANSIKİ QARŞI TƏRƏF ÖZ ƏRİZƏSİNDƏ QEYD ETMİŞDİKİ MAŞINI SATMIŞAM. MAŞIN 8000 DOLLARLIQ MAŞIN ƏLİMDƏN ALINIB QAYTARILDI MƏNDƏN ŞİKAYƏT EDƏN ADAMA… HAKİMDƏ MƏNƏ DEDİKİ QARŞILIQLI ƏRZƏ VERƏ BİLMƏZSƏN… ÇÜNKİ SATILMIŞDI…
    ALLAH ŞƏHİDMİZƏ RƏHMƏT ELƏSİN… HAQQINI YEYƏNLƏR Dizin SÜRÜNSÜNLƏR…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*