Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevsiz 1 il…backend

Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevsiz 1 il...

Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından bir il ötür.

KONKRET.az xəbər verir ki, polkovnik-leytenantın iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, avqustun 20-si isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*