Şəhidimiz doğulduğu kənddə dəfn olundu – FOTObackend

Şəhidimiz doğulduğu kənddə dəfn olundu - FOTO

Ötən gün şəhid xəbəri gələn Vətən müharibəsi iştirakçısı Cəlal Bayramov bu gün doğulduğu Saatlı rayonu, Çolpu kəndində torpağa tapşırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə qafqazinfo-ya şəhidin yaxınları məlumat veriblər.

Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb.

Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər.

Cəlal sonuncu dəfə Laçında ikən ailəsi ilə əlaqə saxlaya bilmişdi. Ailə üzvləri iki aydan artıq idi ki, 27 yaşlı əsgərdən xəbər ala bilmirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*