Şəhriyar Məmmədyarov mübarizəni dayandırdıbackend

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu – VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçə edib.

Bununla da bütün qarşılaşmalarını “sülh”lə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə hələlik liderdir və yarımfinala yüksəlməyə çox yaxındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*