Şəki sakinini ilan sancdıbackend

Şəki sakinini ilan sancdı

Şəkidə 54 yaşlı kişini ilan sancıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Zunud kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Namiq Nadir oğlu Qurbanov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri aparan zaman ərazidə olan ilan onun sol əlindən sancıb.

Namiq Qurbanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*