Şəkidə 42 yaşlı kişini avtomobil vurub.
KONKRET.az xəbər verir ki, hadisə Şəki rayon ərazisində baş verib. Belə ki Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Məmmədov Murad Oktay oğlunu “VAZ-21099” markalı minik avtomobili vurub.
Yaralı Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
