İtkin düşən ana və övladları tapıldı – FOTO / YENİLƏNİBbackend

İtkin düşən ana və övladları tapıldı - FOTO / YENİLƏNİB

Şəmkirdə naməlum şəraitdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə qadının qonşusu Sabir Qarayev məlumat verib.

Onun sözlərinə görə 27 yaşlı Səriyyə Məmmədovanı polis Bakıda tapıb. Məlumata görə, hazırda ana və azyaşlı övladlarının səhhətində heç bir problem yoxdur.

14:21

Şəmkirdə ana və az yaşlı övladları itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov KONKRET.az-a bildirib ki, rayonun 20 Yanvar küçəsində yaşayan 27 yaşlı Səriyyə Məmmədova 7, 6 yaşlı oğlanları və 4 yaşlı qızı ilə birlikdə mart ayının 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun sözlərinə görə, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub.

“Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaiyyətə əlavə məlumat veriləcək” – E.Qasımov qeyd edib.

Məlumat üçün bildirək ki, Səriyyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*