“Sən azərbaycanlıların mənzilinə girib onu kimlərə gəldi necə verə bilərsən? – Baqdasaryandan ŞOK AÇIQLAMAbackend

“Sən azərbaycanlıların mənzilinə girib onu kimlərə gəldi necə verə bilərsən? - Baqdasaryandan ŞOK AÇIQLAMA

Erməni jurnalist və bloqqer Roman Baqdasaryan növbəti dəfə səs-küy yaradacaq açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, bu dəfə o, özünü Erməni Apostol Kilsəsinin “Artsax” yeparxiyasının lideri kimi təqdim edən və “arxiyepiskop Pargev” kimi tanınan Qurgen Martirosyanı hədəfə alıb.

“Özünüzdən və öz kahinlərinizdən danışın. Müqəddəs ata adlandırılan “Pargev” müharibə bitən kimi “Artsax”dan qaçdı.  Pargev ata! Məgər siz “Artsax”ın “müqəddəs ata”sı deyildiniz? “Artsax”dan niyə qaçdınız? Özünüz düşünün, “Pargev ata” “Artsax”ı və onun əhalisini (ermənilər –red) qoydu və qaçdı. Bəs niyə 1992-ci ildə Şuşanı alanda (ermənilər tərəfindən işğal ediləndə -red) Pargev şəhərdəki mənzillərin kimlərə paylanmasına qərar verirdi?.  Sən kimsən?. Sən azərbaycanlıların mənzillərinə girib, onları kimlərə gəldi necə  verə bilərsən? “Müqəddəs ata” azərbaycanlı uşaqların gülüb-oynadığı mənzilləri kimə gəldi necə paylaya bilər?. Sən niyə belə işlərlə məşğul olmusan?” – deyə Baqdasaryan vurğulayıb.

Roman Baqdasaryan yalnız həqiqətləri deməyin vacib olduğunu bildirib: “Biz həqiqəti deməliyik. Biz erməni generallar varlansın deyə, Azərbaycanla müharibə etməyəcəyik. Sadəcə xatırlatmaq istəyirəm. Azərbaycan ordusu Hadruta daxil olan zaman, erməni hərbçiləri öz yaşadıqları evi qarət etməklə məşğul idilər. Bunu Artsrun Hovannisyanın  özü də etiraf etmişdi. Bunu başa düşürsən? ” – deyə Baqdasaryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*