Sentyabrdan ənənəvi tədris bərpa olunacaq? – RƏSMİbackend

Sentyabrdan ənənəvi tədris bərpa olunacaq? - RƏSMİ

“Təhsil Nazirliyi növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsini araşdırır. Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qurumdan vurğulanıb ki, müxtəlif ölkələrdə ənənəvi tədrisə qayıtmaq üçün fərqli qaydalar tətbiq olunur:

“Onu da qeyd etmək lazımdır ki, təhsil işçilərinin əksəriyyəti vaksinasiyaya cəlb olunub və bu proses hazırda davam edir. Tələbələrin və indiyədək vaksin olunmayan digər təhsil işçilərinin vaksin olunması bu prosesin tamamlanması üçün ən yaxşı yoldur. Bununla bağlı, sentyabradək həm vaksin olunmayan təhsil işçilərinin, həm də tələbələrin vaksin olunması prosesinin genişlənməsi əsas məsələ olmalıdır”.

Təhsil Nazirliyi cəmiyyətin bütün maraqlı tərəflərini pandemiya ilə mübarizədə öz səylərini birləşdirməyə çağırır:“Unutmayaq ki, ənənəvi təhsilə qayıtmağın yeganə yolu vaksindən keçir”./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*