“Sentyabrın 27-dən cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb”backend

“Sentyabrın 27-dən cəbhəboyu ərazilərdən 11 ədəd “Elbrus” raketi götürülüb” 

“27 sentyabr tarixindən cəbhəboyu ərazilərdə baş verən hadisələrlə bağlı ANAMA-nın Operativ Qərargahı yaradılıb”.

KONKRET.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 600-dən çox çağırış daxil olub, 92 ədəd partlamamış, 200-dən çox partlamış mərmi və raket aşkar edilərək götürülüb: “Eyni zamanda, partlamamış kaset mərmilərə də rast gəlinib. Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kq ağ fosfor olan 122 mm-lik tüstülü mərmi aşkarlanaraq götürülüb. Bu günə qədər 11 ədəd “Elbrus” raketi aşkar olunaraq götürülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*