Qarabağdakı separatçı tör-töküntüsünün lideri Rusiyadan qaçan erməni oliqarxı qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurum erməni mediasına məlumat verib.
Qondarma qurumun “prezidenti” Arayik Arutyunyan sentyabrın 8-də Rusiyadan Qarabağa köçən Ruben Vardanyanla görüşüb.
Məlumata görə, terrorçu Arayik “vətənpərvər” Vardanyanın Qarabağa köçmək və Qarabağın “təhlükəsizliyi” və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb.
O, bunun bütün dünyada ermənilər üçün nümunə olacağına ümid etdiyini bildirib. Görüşdə “əməkdaşlıq” perspektivləri müzakirə olunub.
Xuraman Etibarlı,
KONKRET.az

Gözün aydın Azərbaycan. Bundan sonra dünyada yaşayan erməni oliqarxlar yığışıb yaşamaq üçün Qarabağa gələcək. Qarabağa 2021-ci ildə istehal olunan minaları buraxanlar indi də canlı minaları Qarabağa buraxır.