Seulda qiymətlər: Bakı ilə özünüz müqayisə edin – SİYAHIbackend

Seulda qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Dünyanın müxtəlif yerlərindəki qiymətlər barədə ara-sıra məlumat veririk. Bu dəfə Cənubi Koreya paytaxtı Seuldakı vəziyyətlə maraqlanmışıq.

KONKRET.az xəbər verir ki, Seul dünyanın ən inkişaf etmiş paytaxtlarındandır. Ona görə də bəzi qiymətlərin Bakı ilə müqayisədə baha olması normaldır.

1 litr süd 2 800 von – 3.72 AZN

12 ədəd yumurta 3 400 von – 4.51 AZN

1 kq düyü 3 400 von – 4.52 AZN

1 kq toyuq 10 000 von – 13.27 AZN

1 kq pendir 16 700 von – 22.16 AZN

1 şüşə su 1000 von – 1.33 AZN

1 kq apelsin 5000 von – 6.64 AZN

1 qutu Malboro siqareti 4 500 von – 5.97 AZN

Sadalanan qiymətlərin fonunda digər məhsulların da dəyərini təxmin etmək olar. Cənubi koreyalılar ucuz yaşamır. Amma çox qazanırlar. Bu ölkədə minimum əmək haqqı 1917.60 AZN, yaxud 1128 dollardır. Vergiləri çıxmaqla hər bir vətəndaş il ərzində 42 min 500 manat, 25 000 dollar pul qazanır.

Stomatoloq və cərrah maaşı 6000-6300 AZN civarındadır. Plastik cərrahlar aya 7 min manat əldə edir. Təxmini statistikalara görə Cənubi Koreyada orta aylıq əmək haqqı 5 100 AZN-dir. Əlbəttə ki, bu rəqəmlər ixtisaslı vətəndaşlara aiddir. Peşə sahibi olmayan koreyalılar və miqrantların aylıq qazancı 2 000-5 400 AZN müxtəlifliyindədir. Lakin əksər diplomlu ilə ali savadı olmayan kadrın maaşında elə də fərq yoxdur. Məsələn, oftalmoloq həkim 4 590 AZN aldığı halda, fabrikada işləyənin 4420 manat qazanmağı mümkündür. İş saatı artıqca qazanc da çoxalır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*