Sevgilisinə qeyri-adi evlilik təklifi etdi və öldü – FOTO – VİDEObackend

Sevgilisinə qeyri-adi evlilik təklifi etdi və öldü – FOTO - VİDEO

KONKRET.AZ Sky News-a istinadən xəbər verir ki, amerikalı gənc Tanzaniyada tətil edərkən sevgilisinə evlilik təklifi edərkən ölüb. Stiven Veber tətil günlərində sevgilisi Keneşa Antuan ilə birlikdə bir taxta evdə məskunlaşıblar. Ən maraqlısı isə bu evin bir otağının suyun altında olmasıdır. Stiven də məhz Keneşanın olduğu otağın pəncərəsinə suyun altından yaxınlaşaraq əlində üzük və onunla evlənmək təklifi olan bir vərəq göstərib. Qız həmi anları videoya çəkərək özünün facebook səhifəsində paylaşıb. Keneşa qəmli notlarla yazıb ki, “Stefan heç cavabımı belə eşitmədi və məni anidən tərk etdi”. Nişanlısının ölüm səbəbləri hələ də Keneşa üçün məlum deyil.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*