Şeyx Əhməd Nəvaf əl-Əhməd Küveytin baş naziri TƏYİN EDİLDİbackend

Şeyx Əhməd Nəvaf əl-Əhməd Küveytin baş naziri TƏYİN EDİLDİ

Şeyx Əhməd Nəvaf əl-Əhməd Küveytin yeni baş naziri  təyin edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin rəsmi xəbər agentliyi “KUNA” məlumat yayıb.

Bildirilib ki, Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni hökuməti qurmaq üçün böyük oğlu Şeyx Əhməd Nəvaf əl-Əhmədi baş nazir təyin edib.

Fərmana əsasən, yeni kabinet nazirləri müəyyənləşdikdən sonra təyin olunmaq üçün Küveyt əmiri Şeyx Nəvafa təqdim ediləcək.

Qeyde edək ki, Küveyt əmirinin böyük oğlu olan Şeyx Əhməd Nəvaf əvvəllər baş nazirin müavini və daxili işlər naziri vəzifələrində çalışıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*