“Shell də Rusiyanı tamamilə tərk edir – Neft və qazını ALMAYACAQbackend

Shell də Rusiyanı tamamilə tərk edir - Neft və qazını ALMAYACAQ

Shell rus neft və qazını almaqdan imtina edir, Rusiya Federasiyasını tamamilə tərk edir.

KONKRET.az bu barədə RBC-Ukrayna Hollandiyanın nu.nl nəşrinə istinadən xəbər verir. Britaniya-Hollandiya şirkəti Shell Rusiya neft və qazını almaqdan imtina edir. Həm də Rusiya Federasiyasının bazarını tamamilə tərk edir.

Xəbər verildiyi kimi, Shell əvvəllər Rusiyada neft və qaz hasilatına sərmayədən imtina etməkdən danışıb, lakin indi də 400-ə yaxın yanacaqdoldurma məntəqəsini bağlayır. Bundan əlavə, şirkət Rusiyadan neft və qaz almayacaq.

Həmçinin bildirilir ki, bu qərar qlobal şirkətlərin Ukraynaya qarşı müharibəyə görə Rusiyanı tərk etdiyi bir vaxtda Shell-in neft treyderi “Trafigura” vasitəsilə Rusiya neftinin bir partiyasını nisbətən aşağı qiymətə alması ilə bağlı kəskin tənqidlərdən sonra qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl xarici işlər naziri Dmitri Kuleba Shell şirkətini Ukraynaya qarşı müharibə kontekstində Rusiya neftini aldığına görə qınayıb və “ondan  ukraynalıların qanının iyi gəlir” deyib

Bundan sonra Shell Rusiya neftinin satışından əldə olunan gəliri Ukraynaya köçürəcəyinə söz verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*