Silahlı basqında yaralananların vəziyyəti ilə bağlı AÇIQLAMAbackend

Silahlı basqında yaralananların vəziyyəti ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtda evə silahlı basqın olub. Hadisə nəticəsində 2 nəfər qətlə yetirilib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən KONKRET.az-a verilən məlumata görə, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*