backend

Silvio Berluskoni koronavirusdan sağaldı

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Milanda koronavirusdan müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

KONKRET.az xəbər verir ki, 83 yaşlı siyasətçi özünü daha yaxşı hiss etdiyini deyib.

Müalicə olunduğu müddətdə S.Berluskoni bu xəstəliyi həyatının ən çətin dövrü adlandırmışdı.

Xəstəxanadan çıxdıqdan sonra sabiq nazir Milan yaxınlığında istirahətini davam etdirəcək.

Qeyd edək ki, S.Berluskoni Sardiniya adasından qayıtdıqdan sonra koronavirusa yoluxmuşdu. Həkimlər ona ikitərəfli pnevmoniya diaqnozu qoymuşdu. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*