Şimal bölgəsində temperatur mənfi 22 dərəcəyə endibackend

Şimal bölgəsində temperatur mənfi 22 dərəcəyə endi

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 50 sm-ə çatıb.

Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaltanda 20 sm, Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*