Sirli “Əbədi Kitab”ın şifrəsi açıldı: 3044-cü ildə insanlar yadplanetlilərlə görüşəcəklər – ŞOK PROQNOZbackend

Sirli "Əbədi Kitab"ın şifrəsi açıldı: 3044-cü ildə insanlar yadplanetlilərlə görüşəcəklər – ŞOK PROQNOZ

1972-ci ildə Boloniyada İtalyan monastırında aparılan qazıntılar zamanı tapılan “Əbədi Kitab”ı deşifrə etmək mümkün olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, XX əsrin qlobal hadisələrini təsvir edən kitabın müəllifi rahib Federiko Martellidir.

Martelli təxminən Nostradamus kimi hərəkət edib – yəni fərqli yollarla şərh edilə bilən poetik proqnozlar yaradıb. Əbədiyyət Kitabında iyirminci əsrin bir çox əsas hadisələrinin təsvirlərinin olduğunu indi əminliklə söyləmək mümkündür. Məsələn rahib QİÇS virusunun yaranacağını və bir çox təbii fəlakətlərin olacağını proqnozlaşdırıb. Həmçinin qlobal istiləşmə, ikinci günəşin görünməsi, qütblərin dəyişməsi və sair məsələlər barədə sözügedən kitabda çox maraqlı və qorxulu şeylər var.

Martelli kitabında hətta yad bir sivilizasiyanın nümayəndələri ilə insanların görüşünü də təsvir edib. Onun fikrincə bu hadisə 3044 -cü ildə baş verəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*