backend

“Siyavuş Novruzov “quş” buraxıb”

ADP sədri Sərdar Cəlaloğlu Siyavuş Novruzovun bəyanatına mnasibət bildirib. O vurğulayıb ki,  bu bəyanatdan çıxarılan nəticələrdən biri budur ki, Azərbaycan iqtidarında nazirlər milyardlarla pul oğurlayıb və hökumət bunu bilir. Baxmayaraq bu gün onlar vəzifədən gedib, amma onların məsuliyyətə cəlb edilməsi və dövlət büdcəsindən oğurladıqları pulların geri qaytarılmasına nail olmaq əvəzinə, onların oğurluğundan şantaj kimi istifadə edilməsi və onları zorla yenidən iqtidarın müdafiəçisinə çevirmək cəhdləri özünü göstərir.

ADP sədri deyib ki, sabiq nazirlər hakimiyyətdə olduqları müddətdə dövləti dağıdıblar. İndi buna görə hüquq-mühafizə orqanları səviyyəsində tədbirlər görmək əvəzinə yenidən onları hakim komandanın elementi kimi görmək istəyirlər. Hesab edirəm ki, məlum bəyanatın mahiyyəti budur. Sən bilirsən ki, bunlar milyardlar oğurlayıb, xarici dövlətlərdə fəaliyyət göstərən qrupları maliyyələşdirirlər və bunlar Azərbaycan qanunlarına görə cinayətdir. Bunları prokurorluğa verib cinayət məsuliyyətinə cəlb etmək əvəzinə onları öz müdafiənə cəlb edirsən.

S.Cəlaloğlu deputatın açıqlamasını qabardaraq deyib ki,  Siyavuş Novruzov orada “quş” buraxır. Deyir ki, onsuz da bizim özümüzü müdafiə etməyə gücümüz var, amma sabiq nazirlərin də bizim müdafiəmizə qalxmasını istəyirik. Əgər sənin özünü müdafiə etməyə gücün varsa, axı özünün dediyin kimi, cinayətkarların səni müdafiə etməsinə nə ehtiyac var? Üstəlik, bu sizin nüfuzunuzu aşağı salır. Bu halda keçmiş və vurulan məmurların YAP-ı müdafiə etməsini tələb etmək nədən doğur?

 

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*