Sloveniyada keçirilən prezident seçkilərinin 2-ci turunda bülletenlərin 99,95 %-nin hesablanmasından sonra bitərəf namizəd, hüquqşünas Nataşa Pirs-Musar lider olub.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyasının saytında dərc olunan məlumatda deyilir.
Bildirilib ki, o, 53,88 faiz səs toplayıb. Keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqara seçicilərin 46,12 %-i səs verib.
Qeyd edək ki, Nataşa Pirs-Musar ölkə tarixinə ilk qadın dövlət başçısı kimi düşüb.
