SOCAR-ın əməkdaşı heyvanlara işgəncə verib? – RƏSMİ AÇIQLAMA – VİDEObackend

SOCAR-ın əməkdaşı heyvanlara işgəncə verib? - RƏSMİ AÇIQLAMA - VİDEO

Son günlərdə sosial şəbəkələrdə SOCAR-ın əməkdaşı olduğu deyilən bir nəfərin heyvanlara qarşı zorakı hərəkətlər etməsi ilə şikayətlər yazılır və onun işdən çıxarılması tələb edilir.

Mələsə ilə bağlı KONKRET.az-a açıqlama verən SOCAR mətbuat xidməti rəhbəri İbrahim Əhmədov bildirib ki, sözügedən hadisə ilə bağlı geniş araşdırma aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin adam SOCAR-ın strukturunda işləmir.

Qurum rəsmisi bildirib ki, dövlətimizin siyasətində heyvanlara qarşı qayğı mühüm yer tutur və SOCAR da dövlətin siyasətini dəstəkləyir:

“Düşünürəm ki, sırf həzz almaq məqsədi ilə heyvanlara məqsədyönlü və sistematik işgəncə verən insanların psixoloji problemləri ola bilər. Onları məsuliyyətə cəlb etməklə yanaşı, bu problemlərin köklü həlli barədə də düşünmək lazımdır… İlk növbədə uşaqlıqda insanın gördüyü nəvaziş, tərbiyə, ona göstərilən (ya göstərilməyən) məhəbbətdən də çox şey asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*