Soçiyə eniş edən təyyarənin şassisi yandıbackend

Soçiyə eniş edən təyyarənin şassisi yandı

Kazandan Soçiyə gələn təyyarənin eniş zamanı şassisi yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Kazandan Soçiyə gedərkən təyyarənin sol şassisi qismən alışıb. Tələfat yoxdur”, – bildirilib.

Təyyarədə 191 nəfər olub, bütün insanlar oradan təxliyə edilib, xəsarət alan olmayıb.

Soçi hava limanının mətbuat xidməti bildirib ki, şassidə yanğın artıq söndürülüb, onlar da fövqəladə vəziyyətdə tələfatın olmadığını təsdiqləyiblər.

Hadisəyə baxmayaraq, hava limanı normal rejimdə işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*