ŞOK: Erməni komandirlər qızıl diş axtarmaq üçün azərbaycanlı qəbirləri qazırdılar – Nairi Axverdibackend

ŞOK: Erməni komandirlər qızıl diş axtarmaq üçün azərbaycanlı qəbirləri qazırdılar - Nairi Axverdi

Bloger Nairi Axverdi erməni komandirlərinin qızıl dişləri çıxarmaq üçün azərbaycanlıların qəbirlərini qazmağı necə əmr etdiklərindən danışıb.

KONKRET.az xəbər verir ki, Hollandiyadan Ermənistana repatriasiya (vətənə qayıtma ) edilən tərcüməçi, publisist və bloger Nairi Axverdi “Twitter” səhifəsində İrəvanın işğalçılıq siyasətindən, Birinci Qarabağ müharibəsi zamanı erməni səhra komandirlərinin və yaraqlılarının vəhşiliklərindən danışıb.

Onun sözlərinə görə, Ermənistan liderləri erməni cəmiyyətinin nüfuzunu aşağı salıblar:

“Liderlərimiz bizi çox pis vəziyyətə qoydular. Bu, 7 rayonun etnik təmizləməyə məruz qaldığını və hekayənin uydurulduğunu bilməyən, cəhalət içində böyümüş bir çox erməni gəncini şoka saldı. Birinci Qarabağ müharibəsində vuruşmuş ermənilər çox vaxt törətdikləri əməllərdən açıq danışırlar. Bir müharibə iştirakçısı olmuş erməni, komandirinin Azərbaycan qəbirlərini qazmaq və meyitlərin üzərindən qızıl diş axtarmaq üçün necə əmr verdiyini danışırdı. O, komandirinin və digər erməni hərbçilərinin hərisliyinə dəhşətlə baxdığını söylədi” – deyə Nairi Axverdi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*