ŞOK: Ermənistan ordusu 2020-ci ilin dekabrında bu yazılı sənədə əsasən Zəngəzurdan çıxarılıb – Manukyanbackend

ŞOK: Ermənistan ordusu 2020-ci ilin dekabrında bu yazılı sənədə əsasən Zəngəzurdan çıxarılıb - Manukyan

Parlamentin “Ermənistan” fraksiyasının deputatları Anna Qriqoryan və Qeqam Manukyan bir il əvvəl Zəngəzurda baş verənlərin hansı sənədə əsasən baş verdiyini aydınlaşdırmaq üçün hökumətə, Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə, Silahlı Qüvvələrin Baş Qərargahına və digər strukturlara sorğu göndəriblər: “Xatırladıram ki, Azərbaycan qoşunları GPS cihazları ilə erməni kəndlərinə yaxınlaşanda Nikol Paşinyan onların şifahi anlaşma əsasında irəlilədiyini bildirib. Bu günə kimi faktiki baş verənlərlə bağlı dəqiq cavab yoxdur” – Anna Qriqoryan deyib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Manukyan bunları deyib: “Bu yaxınlarda gözlənilmədən Silahlı Qüvvələrin Baş Qərargahından cavab aldım. Baş Qərargah rəisinin imzası ilə mənə ünvanlanmış cavab gəlib və məxfi idarə olduğundan tam mətni dərc etməyə haqqım yoxdur. Ancaq bir şey aydındır ki, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın imzaladığı məktubda Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin dekabrında Zəngəzurun içərisinə doğru təxminən 20 km geri çəkildiyi bildirilib. Yəni Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi yazılı sənəd əsasında Azərbaycanın nəzarətinə keçib” – deyə Qeqam Manukyan vurğulayıb.

Anna Qriqoryan məlumat verib ki, sənədi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan və rusiyalı həmkarı Sergey Şoyqu imzalayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*