ŞOK: Mağazadan aldığı kolbasa evdə partladıbackend

ŞOK: Mağazadan aldığı kolbasa evdə partladı

Rusiyanın Tula şəhər sakininin yerli mağazadan aldığı kolbasa evdə partlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə VKontakte sosial şəbəkəsində məlumat verilib.

“Mən kolbasanı stolun üstünə qoyub çay dəmləməyə getdim. Və birdən partlayış oldu. Az qala çayniki əlimdən yerə salacaqdım. Partlayan kolbasa idi”, – deyə tulalı qadın bildirib.

O, əlavə edib ki, məhsulun saxlanma müddətinə hələ çox var idi.

Şərhlərdə istifadəçilər yazıblar ki, yəqin qadın kolbasanı alandan sonra buz dolabında saxlayıb, sonra isə mikrodalğalı sobada qızdırıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*