Solovyov yarınmaq istədi, ələ salındı – VİDEObackend

Solovyov yarınmaq istədi, ələ salındı - VİDEO 

“Buzlu suda çimmək vəftizə istinad edən çirkli qəlbli insanların şüurun təmizləyə bilməz”. Rusiya pravoslav kilsəsinin tarixində silinməz iz qoymuş mitropolit Filaretin bu sözləri indi xüsusi aktuallıq kəsb edir.

Yanvarda xaç suyuna salınma ayininin xatırlanması sayılan Vəftiz çimilməsi Rusiyada geniş yayılmış adətlərdən biridir. Məcburi deyil və pravoslav kilsəsi də bunu şərt bilmir.

KONKRET.az xəbər verir ki, buna baxmayaraq, ermənipərəst təbliğatçı, Rusiyanın federal “Rossiya 1” telekanalında ermənilərdən artıq erməni olmağa çalışan Vladimir Soloyov öz vücudunu buzlu suya salmağı zəruri sayıb.

Yəhudi Solovyovun belə “pravoslavlığı” sosial şəbəkədə məsxərə obyektinə çevrilib.

Xüsusilə də sol biləyinə kəndir bağlatdıran və suda boğulmaqdan qorxan Vladimir Rudolfoviçin soyuq suya düşməsi alleqoriyaya çevrilib.

Solovoy milli mənsubiyyət  baxımından yəhudi olduğunu təkrarlayır. Özü də, deyəsən, ortodoksal yəhudidir: çünki başında və qolunda tfilinli fotoları var. Tfilin yəhudilərin səhər ibadətində istifadə etdikləri ayin atributudur.

Tfilin qutusunun içində Tövratdan iqtibasların olduğu perqament əlyazmaları var. Belə qutulardan biri sol ələ bağlanır, “qəlbə baxır”. İkinci qutu isə alına bərkidilir.

Belədirsə, buzlu suda çimmək və bunu pravoslavlıq kimi qələmə vermək nəyə gərəkdir – bəlli deyil.

Deyəsən, Solovyovun əqidə, mövqe seçimi kimi, din seçimi də aldığı pulun məbləğindən asılıdır.

  • Elxan
    Yanvar 24, 2021 - 16:30

    Satilmis insan layaqatini itiran saxs salavyov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*