Son dəqiqə: Azərbaycanda həkim koronavirusa yoluxdubackend

Son dəqiqə: Azərbaycanda həkim koronavirusa yoluxdu

Azərbaycanda daha bir səhiyyə işçisi koronavirusa yoluxub.

KONKRET.az-ın məlumatına görə, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Çimnaz Əliyeva koronavirusa yoluxub. Ç. Əliyeva ilə yanaşı ailə üzvlərində də koronavirus infeksiyası aşkarlanıb.

Virus səbəbindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti məhdudlaşdırılıb və tibb müəssisəsinin yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir.

Xəstəxanadan verilən açıqlamada Ç. Əliyevanın koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib.

Qeyd edək ki, Ç. Əliyeva və ailə üzvləri  Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdiriliblər.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*