Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexindəki yanğınla bağlı daha bir məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğının baş verdiyi ünvana cəlb olunub.
Görülmüş operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.
***
14:53
Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
