Bakıda bahalı avtomobil küçədə hərəkətdə olarkən yanmağa başlayıb.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
“Ford Mustang” markalı 90 RZ 083 nömrəli avtomobil tüstüləndikdən sonra yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bir neçə dəqiqə əvvəl yanğın baş verən avtomobil söndürülüb.
/qafqazinfo/
