SON DƏQİQƏ: “Danışıqlar gedir” – Yaxın vaxtlarda Əliyev və Paşinyan görüşə bilərbackend

SON DƏQİQƏ: “Danışıqlar gedir” - Yaxın vaxtlarda Əliyev və Paşinyan görüşə bilər

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında yaxın vaxtlarda görüş baş tuta bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan keçirdiyi mətbuat konfransında bildirib:

“Son vaxtlar diplomatik sektorda kifayət qədər aktiv fəaliyyət müşahidə olunur. Görüşlər kifayət qədər tez-tez və müxtəlif formatlarda keçirilir. Bildiyimə görə, bir müddət sonra Ermənistan və Azərbaycan liderlərinin görüşünün baş tutması üçün danışıqlar da gedir”, – Ağacanyan vurğulayıb.

O, görüşün konkret tarixini açıqlamayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*