SON DƏQİQƏ: Hava dəhlizindən sonra Ermənistan Azərbaycanla quru dəhlizini də açacaq – Geqamyanbackend

SON DƏQİQƏ: Hava dəhlizindən sonra Ermənistan Azərbaycanla quru dəhlizini də açacaq – Geqamyan

“Məlum olub ki, Azərbaycan Ermənistanın hava məkanından istifadə edərək Naxçıvana daxili uçuş həyata keçirib. Bu əslində türk dəhlizinin Azərbaycan-Naxçıvan-Türkiyə arasındakı birinci hava komponentidir. Hansı ki, Ermənistanda kapitulyator hakimiyyətə gəlməsəydi, Azərbaycan heç vaxt belə bir şeyi xəyalına gətirə bilməzdi”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri türkoloq Varujan Geqamyan səsləndirib.

Bir daha baş verənlərin əhəmiyyətini izah edəcəm:

Azərbaycan dövlətinin yaranmasının ilk saniyəsindən (hətta Osmanlı siyasətçiləri və ziyalıları arasında Qafqazda bir türk dövləti yaratmaq ideyası yenicə ortaya çıxanda) qarşıya Osmanlı və onun proyekti olan Azərbaycan arasında birbaşa əlaqə yaratmaq vəzifəsi qoyulmuşdu. Bu isə yalnız Naxçıvan, Zəngəzur və “Artsax” ərazilərinin mənimsənilməsi ilə mümkünləşə bilərdi (erməni ekspert digər həmkarları kimi cəfəngiyyat danışıb). 1918-1921-ci illərdə bu plan yalnız qismən həyata keçirildi. Belə ki, Naxçıvan və “Artsax” Azərbaycanın nəzarətinə keçdi. Zəngəzur isə ermənilərdə qaldı. Ermənistan müstəqil olandan sonra isə nəinki Zəngəzuru qoruya bildi, həm də “Artsax”ı geri aldı (əslində isə işğal etdi) və bununla da Ankaranın arzusunu tarixə qovuşdurdu. Lakin indi vəziyyət fərqlidir. Dəhliz açılsa, o zaman Türkiyə Avrasiyada super gücə çevriləcək və Azərbaycan çoxdankı arzusunu yerinə yetirəcək. Yəni Naxçıvanı tam özününküləşdirəcək (Naxçıvan tarixi Azərbaycan torpağıdır və erməni ekspertin fikiri cəfəngiyyatdan başqa bir şey deyil),  Zəngəzur və “Artsax”ı (Qarabağ) isə bütünlüklə fəth edə biləcək”, – deyə erməni türkoloq vurğulayıb.

Əslində Varujan Geqamyanın səsləndirdiyi fikirlər kənardan nə qədər sərsəm və cəfəng görünsə də, onun açıqlamasında doğru olan məqamlar da mövcuddur. Bir erməninin cəfəngiyyatı və yalanı onun özgə torpaqlarını özününkü kimi təqdim etməsindədir. Yəni Geqamyan Qarabağın, Zəngəzurun və hətta Naxçıvanın da guya erməni torpağı olduğunu əsaslandırmağa çalışır. Tarixdən azacıq məlumatı olan hər kəs bu ərazilərin qədim Azərbaycan torpağı olduğunu yaxşı bilir. Ermənilərin nə qədər saxtakar millət olduğu isə bütün dünyaya məlumdur. Ancaq erməni ekspert bəzi həqiqətləri etiraf etməkdən başqa yolu olmadığını da yaxşı anlayır. Məsələn Türkiyənin regionda supergücə çevrilməsi, Azərbaycan-Türkiyə birliyinin qədim tarixi köklərə əsaslanması, rəsmi Bakının əzəli torpağı olan Zəngəzuru və Qarabağı işğaldan azad etməsi Geqamyanın dilə gətirməyə məcbur qaldığı həqiqətlərdəndir.

Daha sonra erməni ekspert fikirlərini belə davam etdirib: “2020 –ci ildə kapitulyasiyaya imza atan rejim öz hakimiyyətini qorumaq üçün Türkiyə və Azərbaycanın əsas tələbini yerinə yetirməyi – yəni kommunikasiyaları açmağı öhdəsinə götürdü. Bu rabitənin tərkib hissəsində biri olan hava dəhlizi isə artıq açılıb. Bu fakt Ermənistanda türkpərəst qüvvələrin hakimiyyətdə olduğunu bir daha sübuta yetirir. Millətçi qüvvələrin və xarici tərəfdaşların köməyi ilə kapitulyantın fəaliyyətinin qarşısı alınmazsa, o zaman hava dəhlizindən sonra quru dəhlizi də açılacaq” – deyə erməni türkoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*