“Moskvada regional kommunikasiyaların açılması məsələsində mühüm razılaşmalar əldə olunub”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasında deyib.
Paşinyan rəsmi İrəvanın ən qısa zamanda Ermənistan ərazisindən şərqlə qərbi birləşdirən dəmir və avtomobil yolunun tikintisinə başlamağa hazır olduğunu bəyan edib:
“Görüş zamanı ikitərəfli gündəliyin ən əsas məsələləri müzakirə edilib və bu, birgə bəyanatda öz əksini tapıb. Biz regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə xüsusi diqqət yetirdik” – Paşinyan vurğulayıb.
Paşinyan Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun tezliklə kommunikasiyaların blokdan çıxarılması prosesinə başlamaq üçün lazımi sənədləri hazırlaya biləcəyinə ümid etdiyini deyib.
O, bütövlükdə Moskva görüşünü məhsuldar adlandırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az