SON DƏQİQƏ: Paşinyana süi-qəsddə ittiham edilən “Sisakan” dəstəsinin keçmiş komandiri həbs edildibackend

SON DƏQİQƏ: Paşinyana süi-qəsddə ittiham edilən “Sisakan” dəstəsinin keçmiş komandiri həbs edildi

“Sisakan” dəstəsinin keçmiş komandiri həbs edilib.

KONKRET.az erməni sosial şəbəkələrində yayılan məlumata istinadən xəbər verir ki, o, Ermənistanın baş nazirinə sui-qəsd cəhdində ittiham olunur.

Bütün Qarabağ müharibələrinin iştirakçısı olan Aşot Minasyanın həbsi barədə qərarı bu gün Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyan prokurorluğun şikayəti əsasında çıxarıb. Bu barədə Minasyanın vəkili Mihran Poqosyan məlumat verib.

Erməni komandirin oğlu Taron Minasyan bildirib ki, atasının həbsinə səbəb, Nikol Paşinyanın torpaqların təhvil verilməsində məsuliyyət daşıdığını deməsi olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*