Ermənistan və Türkiyə iki çayın birgə istifadəsini müzakirə edib.
KONKRET.az xəbər verir ki, tərəflər Axuryan çayı və Araz çayı üzrə birgə istismar məsələlərini gündəmə gətiriblər.
Görüş Ermənistan–Türkiyə sərhəd məntəqəsində və daha sonra “Crar” su təsərrüfatı şirkətinin inzibati binasında keçirilib.
Müzakirələr zamanı transsərhəd su resurslarının idarə olunması ilə bağlı bir sıra razılaşmalar əldə edildiyi bildirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
