“Son dəqiqəyə kimi Rusiyanın mehriban davranacağına ümid edirdik” – Moldova rəsmisibackend

“Son dəqiqəyə kimi Rusiyanın mehriban davranacağına ümid edirdik" - Moldova rəsmisi

Rusiyanın “Qazprom”  şirkəti Moldovaya qazın verilməsini dayandırıb.

KONKRET.az xəbər verir ki, məsələni Moldova parlamentinin spikeri İqor Qrosu şərh edib.

O bildirib ki, Moldova son dəqiqəyə kimi “Qazprom”un belə bir addım atmayacağına ümid edib: “Son dəqiqəyə kimi ümid edirdik ki, onlar bizimlə mehriban davranacaqlar”.

Qeyd edək ki, bundan əvvəl “Moldovaqaz” yanvar ayı üçün müqavilə üzrə “Qazprom”a ödəniş edə bilməyəcəyini bildirmiş, “Qazprom” isə yanvarın 20-dən etibarən tədarükləri dayandıracağını qeyd etmişdi.

Xatırladaq ki, Prezident Sandu Kiyevdə keçirilən anti-Rusiya “Krım Platforması”nda iştirak edib və bir neçə dəfə pandemiyaya əsaslanaraq Moskvaya getməkdən imtina edib.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*