Son sutkada 25 nəfər koronavirusa yoluxdu – Bir nəfər öldübackend

Son sutkada 25 nəfər koronavirusa yoluxdu - Bir nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 193 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, hazırda 275 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 015, bu günə qədər isə ümumilikdə 7 369 434 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*