Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılır – DİN araşdırma aparır – FOTObackend

Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılır - DİN araşdırma aparır - FOTO

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

KONKRET.az xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin TikTok səhifələrində məlumat paylaşılıb.

Paylaşımda saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*