“Space” TV-nin rəhbərliyindən ayrılan Vaqif Mustafayev haradadır?backend

“Space” TV-nin rəhbərliyindən ayrılan Vaqif Mustafayev haradadır?

Vaqif Mustafayev “Space” TV-nin rəhbərliyindən ayrılandan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru vəzifəsində çalışır.

KONKRET.az xəbər verir ki, rejissor bu yaxınlarda “Fəryad-2” tammetrajlı bədii filminin çəkilişlərini də yekunlaşdırıb.

Qeyd edək ki, V.Mustafayev Dövlət Mükafatı laureatı, Xalq artistidir. Onun filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb.

O, 2006-2021-ci illərdə “Space” televiziya kanalının rəhbəri vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*