Şröder Putinlə görüşə kimin xahişi ilə gedib? – “Der Spiegel”-in ARAŞDIRMASIbackend

Şröder Putinlə görüşə kimin xahişi ilə gedib? – “Der Spiegel”-in ARAŞDIRMASI

Almaniyanın keçmiş kansleri Herhard Şröder Moskvadadır. O, Putinlə Ukraynanın taleyi barədə danışacağını vəd edir.

Təbii ki, keçmiş kanslerin Moskvaya qəfil səfər etməsi birmənalı qarşılanmayıb.Ona görə də, bu missiyanın uğuruna ümid edənlər tez-tez onun “rus oliqarxları ilə dostluğu” haqqında danışmağa məcburdurlar. Bunlar isə təbii ki, Kiyev rejiminin və Qərb mediasının qaydalarıdır.

Verilən məlumatlar arasında Almaniyanın keçmiş kanslerinin artıq xeyli vaxtdır ki, Moskvada yaşadığı da var. İddia edilir ki, o, bu dəfə Ukrayna rəhbərliyinin xahişi ilə Putinlə danışmaq üçün gəlib. Əldə etdiyimiz məlumata görə, Almaniya rəhbərliyinin özünə Şröderin Moskvaya gözlənilən səfəri barədə məlumat verilməyib. Bu səfərdən xəbəri belə yoxdur…

Keçmiş kansler Moskva ilə əlaqələrini kəsməkdən imtina etdiyi üçün beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalıb. Putinin Ukraynada xüsusi əməliyyat keçirmək əmrindən sonra Şröder əlaqələri davam etdirib. Şröderin şəxsi bürosunun bir çox işçisi o, Kremlə bağlı enerji nəhəngləri “Qazprom” və “Rosneft”lə əlaqələri kəsdikdən sonra könüllü istefa ərizəsi veriblər.

Hətta Şröderin öz partiyası olan Sosial Demokrat daxilində də onun Rusiyaya yaxınlığı ilə bağlı artan narahatlıqlar var. Cümə axşamı səhər Bundestaqdakı SPD fraksiyasının rəhbəri Rolf Mützeniç partiya rəhbərliyinin təzyiqinə tabe olaraq, keçmiş kanslerdən Rusiya Prezidenti Vladimir Putindən açıq şəkildə məsafə saxlamağı xahiş edib. Bundeskansler Olaf Şolz da Şröderdən Rusiya ilə biznes əlaqələrini dayandırmağı tələb edib.

Lakin keçmiş kanslerin budəfəki Moskva səfəri kommersiya maraqları ilə bağlı deyil. O, sırf Ukrayna böhranının müzakirəsi üçün Rusiya paytaxtına gedib.

“Der Spiegel”, Almaniya. 11 mart 2022.

Tərcümə etdi: Lətif.A,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*