Stefan Mayster: “Dağlıq Qarabağ münaqişəsində bir çox sürprizlərlə qarşılaşdıq”backend

Stefan Mayster: “Dağlıq Qarabağ münaqişəsində bir çox sürprizlərlə qarşılaşdıq”

“Dağlıq Qarabağ münaqişəsində bir çox sürprizlərlə qarşılaşdıq”

KONKRET.az xəbər verir ki, bu barədə yerli telekanallardan birinə verdiyi müsahibədə Almaniyadakı Henrix Böll Vəqfinin Cənubi Qafqaz bürosunun rəhbəri, alman ekspert Stefan Mayster vurğulayıb.

S.Mayster “Rusiyanın təmkinini Türkiyənin müdaxiləsindən sonra ikinci sürpriz” hesab edir. Ekspert qeyd edib ki, Ankaranın açıq şəkildə Azərbaycanın tərəfini tutması bir sıra ölkələr üçün olduqca gözlənilməz olub. Ona görə də bu yanaşmanı sürpriz hesab etmək olar. Bu, həmçinin Ermənistan üçün də şok effekti yaratdı.

Rusiyanın qulağının dibində misli görünməyən müharibəyə səbirlə yanaşması da politoloqların daim müzakirə edəcəyi əsas mövzulardan biri olacaq. Stefan Mayster bildirir ki, Rusiyanın daim Ermənistanı dəstəklədiyi heç kimə sirr deyildi. Amma son hadisələr göstərdi ki, bu ölkənin regionda maraqları dəyişməz olsa da, yanaşma tərzi başqa şəkil alıb.

Çünki rəsmi Moskva münaqişə tərəfləri arasında heç bir fərq qoymur ki, bu da yeni regional şərtlərin yaranmasına səbəb olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*