“Süfrənin başında oturandan yeməkdən başqa nəsə gözləmək mənasızdır” – Asratyanbackend

"Süfrənin başında oturandan yeməkdən başqa nəsə gözləmək mənasızdır" - Asratyan

“İnsanlar görürlər ki, süfrənin başında oturandan yeməkdən başqa nəsə gözləmək mənasızdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “müdafiə ordusu”nun keçmiş mətbuat katibi Senor Asratyan öz Facebook səhifəsində yazıb.

“Hər cür yeməklərlə örtülmüş bir masa təsəvvür edin. Təsəvvür edin ki, onun arxasında nəinki bu yeməklərin necə hazırlandığını bilməyən, həm də onlardan istifadə etmək üçün elementar mədəniyyətə malik olmayan insanlar toplaşıb…

Təsəvvür edin ki, süfrəyə toplaşan insanların yeganə ümidi süfrə başıdır və hamı ondan nəinki onun yanında necə oturmağı öyrənəcəklərini, həm də onun köməyi ilə bu masaya nəsə əlavə edəcəklərini güman edir.

Bununla belə, insanlar süfrənin başından ilk dərs addımını nəfəsləri kəsilərək gözləyərkən, sonuncu acgözlüklə ən yaxşı yeməyin yaxşı tikəsini götürür və dişləri ilə onu parçalamağa başlayır…

Stolun başında oturandan yeyib-içməkdən başqa nəsə gözləməyin mənasız olduğunu görən insanlar ondan nümunə götürərək, eyni acgözlüklə “hücuma” keçirlər və… bir müddət sonra nəinki bütün qab-qacaq süpürülür, hətta masanın özü boşalır…

Bu müqayisənin nə dərəcədə məqsədəuyğun olduğunu bilmirəm, amma bağışlayın, bu gün bizim Vətənimiz o stola çox bənzəyir…”, – deyə Asratyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*