Sülhməramlıların daha 28 avtomobili aksiya ərazisindən sərbəst keçdi – YENİLƏNİBbackend

Sülhməramlıların daha 28 avtomobili aksiya ərazisindən sərbəst keçdi - YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

KONKRET.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 28-ə çatıb.

12:43

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

KONKRET.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik və 13 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.

11:50

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst keçidi davam edir.

KONKRET.az xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha 6 yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Bununla da gün ərzində ərazidən keçən avtomobillərin sayı 10-a çatıb.

10:03

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

KONKRET.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin iki yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, bu gün aksiyanın 42-ci günüdür və tələblər yerinə yetirilənə qədər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*