Sumqayıt sakini 44 gündür itkin düşübbackend

Sumqayıt sakini 44 gündür itkin düşüb

Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.

Bu barədə KONKRET.az-a Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.

Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.

Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02, (018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.

İtən şəxsin axtarışları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*