Sumqayıt Tibb Mərkəzində göstərilən xidmətlərin STATİSTİKASIbackend

Sumqayıt Tibb Mərkəzində göstərilən xidmətlərin STATİSTİKASI

Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən 2023-cü ildə vətəndaşlara göstərilən müraciət və xidmətlərin statistikası açıqlanıb.

STM-in İctimaiyyətlə əlaqələr bölməsindən KONKRET.az-a bildirilib ki, Mərkəzin tabeliyindəki tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 526 min müraciət daxil olub. Bu müraciətlərdən 1 milyon 488 min ambulator, 38 min isə stasionar müraciət olub

Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 4 milyon 549 min təşkil edib. Bu xidmətlərin 3 milyon 432 mini ambulator, 1 milyon 117 mini isə stasionardır.

Mərkəzə müraciətlərin sayı 18 faiz, göstərilən xidmət sayı isə 47 faiz artıb.

Müraciət sayında gəldikdə isə 2023-cü ildə vətəndaşlar tərəfindən 223 min sayda daha çox müraciət olub. Bu isə 18 faiz artım deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*