Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA / YENİLƏNİBbackend

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA / YENİLƏNİB

Sumqayıtda istehsal müəssisələrindən birində baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi açıqlama yayılıb.

Sumqayıt Tibb Mərkəzindən KONKRET.az-a daxil olan açıqlamada deyilir:

“08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü  şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir”.

21:05

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.

KONKRET.az xəbər verir ki, müəsisədə işləyən 4 qadın – Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*