Sumqayıtda zibil qabından tapılan körpənin görüntüləri yayıldı – VİDEO – YENİLƏNİBbackend

Sumqayıtda zibil qabından tapılan körpənin görüntüləri yayıldı - VİDEO - YENİLƏNİB

Sumqayıtda zibil qabından tapılan yeni doğulmuş qız uşağının görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, videoda uşağın sellofan torbada tapıldığı görünür.

Həmin görüntüləri təqdim edirik:

***

10:58
Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.

KONKRET.az apa-ya istinadən bildirir ki, körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.

Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.

Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

***

06.07.2021

22:07

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

KONKRET.az xəbər verir ki. hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*