Sürücülərə “silah” tuşlayan şəxsin kimliyi BİLİNDİ – Hadisə Gəncədə olub, əqli qüsurludur…backend

Sürücülərə "silah" tuşlayan şəxsin kimliyi BİLİNDİ - Hadisə Gəncədə olub, əqli qüsurludur...

Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, oyuncaq olması ehtimal edilən silahı hərəkətdə olan nəqliyyat vasitələrinə tuşlayan şəxs narahatlığa səbəb olub.

Ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Ə.Gülməmmədov olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb”.

Həmçinin bildirilib ki, polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*