Təqdim etdiyimiz görüntülər dünən Şuşa şəhərində Abxaziyanın ANNA media qrupunun hərbi müxbiri Aleksandr Xarçenko tərəfindən lentə alınıb.
KONKRET.az xəbər verir ki, göründüyü kimi, Şuşada erməni hərbçilərdən başqa heç kim qalmayıb.
Azərbaycan Ordusu yaxındadır, Şuşa-Xankəndi yolu bağlanıb. Bildiyiniz kimi, Şuşa-Laçın-Gorus yolu da işləmir.
Qeyd edək ki, bu, hələ dünən çəkilmiş görüntülərdir.
İnşallah, 1-2 gün sonra Şuşadan videoları biz çəkəcəyik! /Musavat.com

Madam bunu bura qoymusuz və tərcümə etmirsiz mən edim. Videodakıların tərcüməsi. Rus deyir: “Azərbaycanlılar gecə gündüz qədim Şuşanı(Özüdə erməni tələffüzündə Şişi deyir) bombalayır”.(Halbuki videodan da görsənir ki şəhərdə adam yoxdur. Sonra o əskərdən soruşur ki vəziyət necədi, o da cəvab verir ki:”Görürsüz də azərbaycanlılar atır.”Rus soruşur:”Azərbaycanlılarə nə qədər yaxındılar?”Gənc əskər də deyir:”Dağın arxasındadılar, təxminən 2-3 kilometrə”. Sonra rus yaşlı əskərlərdən soruşur ki vəziyət necədir:”Birincisi deyir ki:”Görürsüz də, şəhərə atırlar gecə gündüz, və burda insanlar yaşayır(halbuki şəhərdə əhali yoxdur, gözə dəymir). Obirsi yaşlı əskər də buna bənzər şeylər söyləyir. Bax beləcə, yəni rus müxbir açıq aşkar erməni tərəfdədir.