Tacikistan XİN: “1000-dən çox tacikistanlı Moskva hava limanlarında saxlanılır”backend

Tacikistan XİN: "1000-dən çox tacikistanlı Moskva hava limanlarında saxlanılır"

“Moskva hava limanlarında min nəfərə yaxın tacikistanlı “ilişib” qalıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi bildirib.

Departamentin açıqlamasında deyilir ki, şənbə gününün sonuna olan məlumata görə, Vnukovo hava limanının müvəqqəti saxlama zonasında 954 Tacikistan vətəndaşı olub, onların arasında Rusiya universitetlərinin tələbələri də var.

Bir neçə onlarla ölkə vətəndaşı Jukovski, Domodedovo və Şeremetyevo hava limanlarında “ilişib”.

Xatırladaq ki, Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryevə bildirib ki, son bir neçə həftə ərzində vətəndaşları Rusiya sərhədini keçərkən ciddi problemlərlə üzləşir.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Moskva sərhədi keçən əcnəbilərin çətinliklərini tez bir zamanda həll etmək üçün kompleks tədbirlər görür. Keçid məntəqələrində gücləndirilmiş təhlükəsizlik tədbirləri müvəqqətidir və daxil olanların vətəndaşlığından asılı deyil.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*